Əcnəbilərə qənim kəsilən soyğunçi dəstə yaxalanıb

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Rusiya Federasiyası vətəndaşı Georgiy Rostovşikovun içərisində 250 manat, 200 avro və 100 dollar, habelə mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almış Balakən rayon sakini Yadigar Qurbanov, Qəbələ rayon sakini Vasif Musayev və Sabirabad rayon sakini Bəhruz Məmmədov tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 25-də Səbail rayonu ərazisində "Bredro SHOK" neft şirkətinin mühəndisi, Hindistan vətəndaşı Vishal Kiron Sammeli bıçaqla hədələyib 50 manatını, sürücülük vəsiqəsini və 2 ədəd bankomat kartını almaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31