Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Manaf-oba kəndində yanğın baş verib. Kənd sakini 62 yaşlı Məcnun Əlimuradovun təsərrüfatındakı ot tayası yanıb. Dərhal əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısı alınıb. Yanğın zamanı ümumilikdə 5 ton ot yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31