Bakı bulvarında intihar şoku

Qadın özünü insanların gözü qarşısında dənizə atdı

Bakı bulvarında intihara cəhd olub. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 15 radələrində Dənizkənarı Bulvarın Saat qülləsi yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb.Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb. Onu özünə qəsd etməyə vadar edən səbəb araşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31