Məkkədə zəvvarları daşıyan avtobus aşdı, ölən var
18 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb
9 Oktyabr 2012 11:18 KriminalMüqəddəs Məkkə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS "Diyanethaber" saytına istinadən xəbər verir ki, zəvvarları Kəbəyə aparan Məkkə bələdiyyəsinə aid sərnişin avtobusu şəhərdəki "Mahvaz" tunelində aşıb. Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya çatdırılan bir Pakistan vətəndaşı ölüb. 5 nəfəri türkiyəli olmaqla 18 zəvvar isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31