Sürücü və 2 sərnişin xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31