Şəki sakinlərindən 1 kq marixuana tapılıb

Bakıda iki nəfərdə narkotik maddələr aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Əli Zeynalovdan və əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Əmir Dəmirovdan 1 kiloqramdan artıq marixuana götürülüb. Narkotik maddələr Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31