Transformatorda yanan sevgililərin SON DURUMU

Bir neçə gün əvvəl Nəsimi rayonu A.Qurbanov küçəsində transformatorda yanan gənclərin müalicəsi davam etdirilir. Lent.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilən 20 yaşlı Fəqan Fərzəliyevin vəziyyəti ağır olaraq qalır. Həkimlər onun durumunda irəliləyişin olmadığını və həyati təhlükəsinin qaldığını bildiriblər. Bununla belə, F.Fərzəliyevin huşu özündədir və qidalana bilir. 18 yaşlı Pərvanə Hüseynovaya gəlincə (ad və soyad şərtidir) onun həyatı üçün təhlükə qalmayıb. Yuxarı ətrafları və üzü sarğıya alınmış 18 yaşlı qızın müalicəsi xeyli müddət davam etdirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31