Bakının mərkəzində kütləvi dava - iki ailə bir-birinə girdi
25 Oktyabr 2015 17:55 KriminalBakının mərkəzində iki ailənin üzvləri dava salıblar.Milli.Az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində baş verib. Günorta saatlarında Bakı sakini, 71 yaşlı Sevindik Orucov və oğlu, 47 yaşlı Coşqun ilə 35 yaşlı Anar İbrahimov və bacısı 24 yaşlı Rabiyə dava ediblər.Tərəflər bir-birlərini döyüblər.Ailələr arasındakı dava ətrafdakılar və polisin müdaxiləsi ilə dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31