Paytaxtda soyğunçu saxlanıb

Oktyabrın 22-də Nərimanov rayonunun Təbriz küçəsində naməlum şəxs Bakı şəhər sakini Çingiz Mahmudova zor tətbiq edib mobil telefonunu alıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Orxan Mikayılov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31