Gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən şəxs həbsdə qaldı
23 Oktyabr 2015 16:17 KriminalSumqayıt Apellyasiya Məhkəməsində 14 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsən Əliyevin şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra istintaq orqanın vəsatəti əsasında məhkəmə həmin müddəti əlavə olaraq 3 ay müddətinə artırıb. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib.
Qeyd edək ki, öldürülən Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.