Şalvarının və çantasının cibində narkotik vasitə çıxdı
23 Oktyabr 2015 15:04 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Əlizadənin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu aşkar olunub. Məlumat üçün bildiririk ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31