Azərbaycanlı iş adamı həmyerlisi tərəfindən qarət edildi - Rusiyada
23 Oktyabr 2015 10:40 KriminalRusiyanın Domodedovo rayonunda quldurluqda şübhəli bilinən mütəşəkkil qrupun üzvü saxlanılıb. Oxu.Az-ın məlumatına görə, cinayətkarlar 2015-ci ilin sentyabr ayında Domodedovo rayonunda Azərbaycan vətəndaşı olan yerli iş adamına hücum çəkərək ona bir neçə bıçaq zərbələri endiriblər, travmatik tapançadan ayağından vurublar və üstündə olan 250 min rubl məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıblar.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun bir üzvü - 34 yaşlı Azərbaycan vətəndaşı - Moskvada saxlanınlıb.Hal-hazırda qrupun digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31