Gülər Əhmədovanın ölkədən çıxmasına qadağa qoyuldu

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru və adı bir sıra qanunsuzluqlarda hallandırılan Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı videogörüntülər iki həftədir ki, ölkə mediasının gündəmini qarışdırıb.Xatırladaq ki, bu videogörüntülərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) Gülər Əhmədovanın mandatının ləğv olunması barədə qərar çıxardı və sabiq deputatın mandatı ləğv edildi. Hazırda baş vermiş qalmaqallı olayla bağlı cinayət işi açılıb.Mötəbər mənbələrdən Teleqraf.com-a daxil olan məlumata görə, olayla bağlı cinayət işi açıldığından Gülər Əhmədovanın ölkədən çıxmasına qadağa qoyulub. Mənbə bildirir ki, açılmış cinayət işinə xitam verilməyəndək G.Əhmədovanın ölkə dışına çıxması yasaqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31