Bakıda taksi xidməti adı altında gözlənilməz cinayət törədildi

Bakının Nərimanov rayonu ərazisində quldurluq olub.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gün iki nəfər Daxili İşlər Nazirliyinin "102" ximətinə zəng edərək cinayətə məruz qaldığını bildiriblər.Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə çağırılan şikayətçilər - 34 yaşlı İlqar Mirzəyev və 41 yaşlı Qalib Əsgərov deyib ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında, gecə saat 02 radələrində taksi fəaliyyəti ilə məşğul olan "VAZ-21015" markalı avtomobilə miniblər. Həmin vaxt avtomobildə sürücüdən başqa 2 nəfər də olub. Sürücü ilə Biləcəri qəsəbəsinə gedəcəklərini razılaşdırıblar.

Lakin Ziya Bünyadov prospektində yerləşən "Əyyub petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında "müştəriləri" ilə birləşən sürücü onları döyərək ciblərində olan ümumilikdə 69 manat pulu alaraq qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31