Bakıda ər-arvadın davası məşhur oteldə aranı qarışdırdı

Bakıda məşhur otellərdən birində ilginc hadisə baş verib. Belə ki, xarici ölkə vətəndaşları olan ər-arvad arasında dava olub. Musavat.com xəbər verir ki, hadisə Bakının ən bahalı otellərindən olan "Hyatt Regency"də baş verib. Otelin 37-ci otağında qalan Malayziya vətəndaşı, 1965-ci il təvəllüdlü Nasir Taib Zəki İsgəndər ailə məişət zəminində arvadını - İrlandiya vətəndaşı olan 1961-ci il təvəllüdlü Nasir Taib Karen Anneni döyüb. Ər-arvadın davası oteldə böyük səs-küyə səbəb olub. Otel əməkdaşları hadisə ilə bağlı polisə məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31