Neft quyusundan kabel oğurlayanlar saxlanıb
22 Oktyabr 2015 16:52 KriminalOktyabrın 18-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində "Suraxanı Oil Operation Company S.A." şirkətinə məxsus 3 neft quyusundan kabel oğurlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Anar Şıxıyev, Nurlan Rəcəbli və İsa Əliyev saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31