Ağsu sakini həmyerlisini güllələyib
22 Oktyabr 2015 16:51 KriminalOktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib və R.Osmanov hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "TOZ-16" markalı tüfəng götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31