Azərbaycanda dəhşətli qətl: evinin qarşısında güllələdi

Hadisənin səbəbi araşdırılır. Bu gecə Ağsu şəhərində qətl törədilib. Lent.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlu həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şahmar oğlunu güllələyərək qətlə yetirib. Hadisə T.Baxışovun evinin qarşısında baş verib. Saat01 radələrində hələlik dəqiqləşməmiş səbəblərdən T.Baxışov öz evinin qarşısında R.Osmanova iki dəfə atış açıb. 35 yaşlı R.Osmanov hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31