Köşkü yarıb, 40 manat apardılar

Tovuzda köşk yarılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Sabir küçəsində yerləşən obyektin satıcısı səhər işə gələrkən qapının xüsusi alətlə kəsildiyini görüb. Satıcı Diləfrüz Məmmədova "qəhrəman"ların 40 manat məbləğində qəpik pul və 110 manat dəyərində tütün və xırdavat məhsulları oğurladığını bildirib. Hadisə ilə bağlı Tovuz polisi araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31