Bakıda soyğunçu saxlanıb
21 Oktyabr 2015 15:18 KriminalSuraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Xalidə Mahmudbəyovanın qızıl boyunbağısını və üzüyünü soyğunçuluq yolu ilə almış Samir Yusifov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31