Lənkəran sakini həmkəndlisini avtomatla güllələyib

Lənkəran sakini odlu silahla qətlə yetirilib. DİN-dən verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kəndində kənd sakini Zahir Əsgərov avtomat silahdan açdığı atəşlə həmkəndlisi Müşfiq Abdullayevə xəsarət yetirərib. M.Abdullayev hadisə yerində ölüb. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əsgərov tutulub, hadisəni törədərkən istifadə etdiyi "AK-74" markalı silah götürülüb. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində baş verdiyi müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31