Baldız kürəkənini bıçaqla qətlə yetirdi

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, oktyabrın 20-də Sumqayıt şəhərində yaşayan Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Babayev orada ölmüşdür. Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31