Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərilib
21 Oktyabr 2015 14:43 KriminalHəbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31