Rusiyada adam öldürdüyünə görə axtarışa verilən qadın Azərbaycanda tutulub
21 Oktyabr 2015 14:31 KriminalRusiyada adam öldürməkdə təqsirləndirilən qadın Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Suqra Abbasova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31