3 nəfər yanıq xəsarəti alıb
20 Oktyabr 2015 19:11 KriminalMasallı rayonu, Kəlbəhüseynli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 308 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31