Goranboyda partlayış olub, bir ailən 4 üzvü ağır xəsarət alıb

Azərbaycanın Goranboy rayonunda yaşayış evində baş verən partlayış nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə qeydə alınıb. Ağcakənddə müəllim işləyən 1986-cı il təvəllüdlü İnqilab Qasımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, onların övladları, 8 yaşlı Yaqut və 7 yaşlı İsa yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə İ. Qasımovun və onun yoldaşının bütün bədən səthi yandığından vəziyyətləri ağırdır. Uşaqlarda isə əllərin, üzün və ayaqların 2-3-cü dərəcəli yanığı xəsarətləri var. Partlayışın qaz sızmasından baş verdiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31