Astara sakinindən narkotik vasitə götürülüb

Astara rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Fazil Nəsirovdan 12,38 qram həşiş və 35 ədəd metadon həbi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31