Rusiyada narkotik satışı ilə məşğul olan Azərbaycan vətəndaşına 20 il müddətinə həbs olunub

Rusiyanın Kirovqrad şəhər məhkəməsində Azərbaycan vətəndaşı Dibirov Fərman Zeynəddin oğluna hökm oxunub. "Procrf.ru" saytının verdiyi xəbərə görə, ona qarşı  narkotiklərin qanunsuz saxlanması və  satışı ilə əlaqədar cinayət işi açılıb. çF. Dibirovun 2015-ci ilin əvvəlindən başlayaraq Yuxarı Taqildə narkotik vasitələrin qeyri-qanuni satışı ilə məşğul olduğu bildirilir. Müəyyən olunub ki, o, narkotk aludəçisi olmayıb, sırf maddi marağa görə bu işlə məşğul olub.

Qeyd edək ki, Dibirov Fərman Zeynəddin oğlu 2015-ci ilin fevralında evində axtarış aparılan zaman saxlanılıb. Onun mənzilindən isə 16 qram heroin aşkarlanaraq götürülüb. Məhkəmə Dibirovu fəaliyətinə görə müqəssir bilib və 200 min rubl cərimə etməklə ciddi rejimli cəzaçəkmə müəssisəsində 20 il həbs cəzasına məhkum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31