İlhamə Quliyeva: "Keçmiş köməkçim hazırda Bakı Şəhər Baş Polis İdarəsinin təcridxanasındadır"
20 Oktyabr 2015 12:44 Kriminal"Keçmiş köməkçim Mehriban Bəylərqızı dünən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda idarənin təcridxanasında saxlanılır". Bunu APA-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, M. Bəylərqızının işi oktyabrın 21-də məhkəməyə göndəriləcək: "Sabah mənim adamlarımla Mehriban Bəylərqızının üzləşdirilməsi olacaq, sonra qərar veriləcək".
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Bəylərqızının onun həyatına sui-qəsd hazırlayaraq öldürmək istədiyini iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31