Axtarışda olan həmyerlidsini hədələyərək pulunu alıb
19 Oktyabr 2015 18:05 KriminalDİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən şəxs tutulub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Elşən Hüseynov adlı şəxs onu hədələyərək 500 manat pulunu alıb. Onun əvvəllər məhkum olduğu müəyyən edilib. Həmçinin E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31