Sürücünün cəsədi avtomobildən çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Goranboy rayon, Səfikürd kəndində vətəndaşlara məxsus "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Cavadov Yalçın Bəylər oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31