16 mənzilli evdə yanğın baş verib

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 16 mənzilli kommunal tipli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi, qapısı və digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin 1 ədəd pəncərə çərçivəsi, qapısı hər iki mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m və mənzillərin aynabəndlərinin yanar konstruksiyaları 43 kv.m sahədə yanmış, yüksək temperaturdan hər iki mənzilin ev əşyaları qarsalanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31