FİFA-da korrupsiya işinin istintaqı 5 il çəkə bilər
Bu barədə İsveçrənin baş prokuroru bəyan edib
18 Oktyabr 2015 09:51 KriminalBeynəlxalq Futbol Federasiyasında (FİFA) korrupsiya işi üzrə istintaq 5 il davam edə bilər."Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin baş prokuroru Mixael Lauber məlumat verib."Araşdırmaların inkişafı həmişə tərəflərin prokurorluq ilə nə dərəcədə əməkdaşlıq etməsindən asılıdır. Əslində, belə böyük işlərə beş il ərzində baxılır, bunun daha çox vaxt aparması, yaxşı deyil. FİFA ilə bu iş üzrə əməkdaşlıq səviyyəsi yaxşıdır, lakin daha yaxşı ola bilər", - deyə Lauber bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31