16 yaşlı xudatlını maşın vurdu
8 Oktyabr 2012 16:07 KriminalXaçmaz rayonunun Xudat şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada dünyasını dəyişib. Ramin Hüseynov idarə etdiyi "Mercedes" markalı 10-UD-973 dövlət nömrə nişanlı avtomobillə piyada 16 yaşlı Xudat şəhər sakini Rauf Şaxanurovu və 50 yaşlı Səddəf Balaqadaşovu vurub. Rauf Şaxanurov Xudat xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Səddəf Balaqadaşov isə ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində CM-nin 263.2 maddəsi ilə iş açılıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31