Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Elməddin Nərimanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Ülvi Müslümov tutulub. Hazırda onun digər hadisələrdə iştirakı məsələsi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31