Bakı şəhər sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sərdar Qəribovdan 450 qram marixuana götürülüb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31