Piyadanı vuraraq qaçan sürücü tutulub

Nəsimi rayonunda piyadanı vuraraq qaçan sürücü saxlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Sədi Mikayılovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Ford Tranzit" markalı avtomobilin sürücüsü - Beyləqan rayon sakini Nizami Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31