Sevgilisini qətlə yetirən idmançı ilə bağlı yeni qərar verildi

Oskar Pistorius həbs müddətinin qalan hissəsini nəzarət altında evdə keçirəcək

Sevgilisini qətlə yetirmiş atlet Oskar Pistorius həbs müddətinin qalan hissəsini nəzarət altında evdə keçirəcək.ANS PRESS-in məlutına görə Oskar Pistorius 5 illik həbs cəzasının tam bir ilini cəzaçəkmə müəssisəsində keçirdikdən sonra ev dustağı olacaq.Cənubi Afrika Respublikası məhkəməsinin bu qərarı oktyabrın 20-də qüvvəyə minəcək. Paralimpiya oyunlarının 6 qat qalibi, yüngül atlet Oskar Pistorius rəfiqəsi Riva Stinkampı bilməyərəkdən öldürməkdə təqsirli bilinərək, 5 il müddətinə həbs cəzası alıb.Oskar Pistoriusun ev dustaqlığına Riva Stinkampın ailəsi razılığ bildirsə də, sevgilisinin qətlini əvvəlcədən planlaşdırdığını iddia edən prokurorluq onun qəsdən adam öldürmə maddəsi ilə ittiham olunmasını tələb edir.Noyabr ayının əvvəllərində Cənubi Afrika Respublikasının Ali Appelyasiya Məhkəməsində prokurorluğun protestinə baxılacaq. Əgər məhkəmə Pistoriusun sevgilisini qəsdən öldürdüyü qərarını qəbul etsə, o zaman Pistorius ən azı 15 il azadlıqdan məhrum ediləcək.Model Riva Stinkamp 2013-cü ilin fevralında öldürülmüşdü. Oskar Pistorius öz rəfiqəsini evə girən oğru zənn edərək bilməyərəkdən öldürdüyünü iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31