Mağazalara qənim kəsilən saxlandı
15 Oktyabr 2015 17:55 KriminalŞirvan şəhərində mağazaları talayan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Allahverdiyevə, Nəzminə Məlikovaya, Xanbaba Quliyevə, Şamil Əliyevə və Fuad Məmmədova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və spirtli içkilər oğurlamış şəhər sakini İlham Zeynalov tutulub. Hazırda onun digər oğurluq hallarında iştirak edib-etməməsi araşdırlır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31