Quba rayonunda oğurluq hadisəsi baş verib. DİN-dən Verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Elvin Bayramova məxsus bağ sahəsindən 150 yeşik alma oğurlamış Barlı kənd sakinləri İlqar Babayev, Zaur Ağamuradov və Pərviz Yunusov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31