Həmyerlisini bıçaqla qətlə yetirdi
15 Oktyabr 2015 17:51 KriminalZaqatalada qətl hadisəsi baş verib. Oktyabrın 14-də Zaqatala şəhərində şəhər sakini Murad Məmmədov münaqişə zəminində həmyerlisi İbrahim Əsədzadəyə bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, nəticədə İ.Əsədzadə hadisə yerində ölüb. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31