Qusarda ikimərtəbəli evin 1-ci mərtəbəsi külə dönüb

Qusar rayonu, Həsənqala kəndində vətəndaşa məxsus 8 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 1- ci mərtəbəsində mətbəxin divarının taxta özlüyü, lambirdən ibarət tavanı və mətbəx mebeli 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31