Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabad rayonu, Kovlar kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 256 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31