Azərbaycanlının erməni sevgilisini öldürməsi kameralarda - VIDEO
15 Oktyabr 2015 11:04 KriminalXəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı oğlan erməni sevgilisini qətlə yetirib. Artıq Rusiyanın NTV kanalı Moskvada baş verən bu qətlin görüntülərini də yayıb. Criminal.az oxu.az-a istinadən xəbər verir ki, videokameralarla Emil Zülfüqarov tərəfindən 19 yaşlı Anna Sarkisyanın öldürülməsi anı qeyd edilib.Tələbə qızın ömrünün son anlarını küçədə yerləşdirilmiş müşahidə videokameraları qeydə alıb. Kadrlarda gəncin qızın qarın nahiyəsinə bir neçə dəfə bıçaqla zərbə vurduğu və sonra qaçdığı görünür. Qanına bulaşmış qız küçədə yerə yıxılır və təcili yardım gələnə qədər keçinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31