15 yaşlı məktəblini bıçaqlayıb öldürdülər
15 Oktyabr 2015 10:02 KriminalZaqatalada məktəbli bıçaqlanaraq qətlə yetirilib. Hadisə bu gün saat 21 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində qeydə alınıb.Hələ ki, adı və soyadı açıqlanmayan 15 yaşlı məktəbli naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeniyetmə aldığı xəsarət nəticəsində hadisə yerində keçinib.Meyit müayinə olunmaq üçün Zaqatala mərkəzi rayon xəstəxanasına aparılıb. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır (APA).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31