Azərbaycanda sürücü sükan arxasında infarkt keçirdi
8 Oktyabr 2012 14:39 KriminalAzərbaycanda sürücü sükan arxasında infarkt keçirib.
Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 7-də saat 12.40 radələrində Abşeron rayonu ərazisində, Ağdam rayon sakini Razi Qurbanov "Mitsubishi Pajero" markalı avtomaşını idarə edərkən infarkt keçirdiyindən idarəetməni itirib və qarşıda gedən Siyəzən rayon sakini Pənahi Əliyevin idarə etdiyi "KİA-RİO" markalı avtomobilə vurub.
Nəticədə avtomaşınlara qismən ziyan dəyib, R. Qurbanov isə ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31