Paytaxtda avtomobil təmiri sexi yanıb

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus avtomobil təmiri sexində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində tezalışan yağlar və avtomobil ehtiyyat hissələri 170 kv.m sahədə yanıb. Bitişik təmir sexləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31