Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus hamamda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 140 kv.m olan hamamın sauna hissəsində taxta üzlüklər 18 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 7 kv.m sahədə əriyib. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31