DİN də təsdiqlədi: Günel Mövludun qardaşları narkotikə görə tutulub

Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31