Rauf Mirqədirovun işi üzrə istintaq yekunlaşıb
13 Oktyabr 2015 19:05 KriminalHəbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fuad Ağayevin Lent.az-a verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31